...

Avropa bankı Azərbaycanın kiçik və orta sahibkarlığının ümumi maliyyələşməsi həcmini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova / Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) maliyyə sahəsinə daxil olmuş sindikatlaşdırılmış kreditlərin ümumi həcminə görə 2006-cı ili rekord ili kimi qeyd edir. Bu barədə AİYB-in illik hesabatında bildirilib.

Azərbaycan, Gürcüstan, Rusiya və Ukraynanın maliyyə sahəsindəki layihələrə AYİB 380 mln. avro səfərbər edilib.

"Orta yenidən maliyyələşdirmə (OYM) mexanizmini genişləndirərək AYİB yerli banklar üçün kiçik və iri müəssisələrə xidmət göstərilməsi üçün yeni imkanlar açıb. Mexanizm çərçivəsində AYİB bu müəssisələrin subkreditləşməsində iştirak edir, bir borcalana iri borcların verilməsi ilə bağlı olan çətinliklərin öhdəsindən gəlməyə kömək edir", deyə hesabatda bildirilib.

2006-cı ildə AYİB OYM xətti ilə Azərbaycanda üç layihə imzalayıb. Bu mexanizm həmçinin kredit fəaliyyətinin qabaqcıl təcrübəsini tətbiq etmək yolu ilə banklarn institusional və korporativ idarəetmənin lazımi normalarının inkişafına yardım edir, deyə hesabatda bildirilib.

Kiçik və orta müəssisələrin maliyyələşdirilməsi üçün AYİB 2006-cı ildə Azərbaycanın 7 bankına - AzərdemiryolBank, AzərigazBank, Bank of Baku, Bank Respublika, Mugan Bank, RabitaBank və UniBank-a kredit xətləri açıb. AYİB-in ümumi maliyyələşdirmə həcmi 15,6 mln. avro təşkil edib.

Azərbaycanda ən kiçik müəssisələrin maliyyələşdirilməsi məqsədilə Avropa Bankı qeyri-bank kredit təşkilatları - CredAgro və Finka üçün kredit xətləri açıb. Ümumi məbləği 3,1 mln. avro olan layihələr üçün AYİB 2,5 mln. avro kredit ayırıb.

"Bank of Baku" üçün orta kreditlərin yenidən maliyyələşdirilməsi mexanizmi çərçivəsində 1,9 mln. avro məbləğində kredit xətti açılıb, orta müəssisələrin maliyyləşdirilməsi üçün "Bank Respublika" üçün 1,1 mln. avro kredit və Azərbaycan Mikromaliyyələşdirmə Bankı üçün 0,8 mln. avro kredit ayrııb.

Avropa bankı "UniBank"a 5,7 mln. avro məbləğində layihə üçün 1,9 mln. avro təqdim edib. AYİB-in regional proqramına əsasən ticarətin inkişafına yardım keçən il beş bank - AzərdemiryolBank, AzərigazBank, Bank of Baku, Bank Respublika və UniBank üçün açılıb. Ümumilikdə onlara ümumi dəyəri 13,5 mln. avro olan layihələr üçün 12,3 mln. avro kredit ayrılıb.

Xəbər lenti

Xəbər lenti