...

ABŞ eksperti: Azərbaycan yaxın iki ildə ÜTT-yə qəbul oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2007 15:27 (UTC +04:00)
ABŞ eksperti: Azərbaycan yaxın iki ildə ÜTT-yə qəbul oluna bilər

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan yaxın iki ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv ola bilər. Bunu bazar ertəsi Azərbaycan Sahibkarlar Konfederasiyasının Azərbaycanın ÜTT-yə qəbulunun problemlərinə həsr olunmuş dəyirmi masasında ABŞ-ın Economic Integration Forum konsaltinq şirkətinin prezidenti Farxat Yovakim deyib.

Bakıya ölkənin ÜTT-yə qəbulu ilə bağlı hökumətin gördüyü işlərin monitorinqinin aparılması üçün USAİD layihəsinin xətti ilə gələn Yovakim iqtisadi ekspertdir. Müvafiq layhənin dəyəri 4 mln. dollardır.

Azərbaycan 1997-ci ildən ÜTT-yə qəbulla bağlı müraciət edib. Hazırda ölkə burada müşahidəçi qismində çıxış edir.

Yovakimin sözlərinə görə, Azərbaycan ÜTT-yə qəbul üçün aktiv işlər aparır. Bu, Azərbaycanın ÜTT-yə qəbulunda maraqlı olan təşkilat və ABŞ tərəfindən yüksək dəyərləndirilir.

ÜTT 1995-ci ilin yanvarın 1-dən fəaliyyət göstərir. Rəsmən ÜTT 1994-cü ilin aprelində Mərakeşdə təsis olunub. Bu üzdən də ÜTT-in yaradılması haqda sazişi həmçinin Mərakeş razılaşması adlandırılır.

Xəbər lenti

Xəbər lenti