...

Azərbaycan konteyner daşımalarını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2007 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın Nəqliyyat Nazirliyi konteyner daşımalarının Azərbaycandan keçməsi ilə bağlı Çinlə danışıqlara başlamağa hazırdır. Bu barədə çərşənbə günü nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Qazaxıstanın yüklərin kontenerlərlə Azərbaycandan daşınmasında marağını nəzərə alsaq, bir müddət əvvəll bu ölkənin nəqliyyatçıları ilə müzakirələr aparılıb. Nazir müavini hesab edir ki, Çinin bu layihəyə qoşulacağı təqdirdə Azərbaycandan illik 60 min konteyner daşına bilər.

Xəbər lenti

Xəbər lenti