...

Azərbaycanın iqtisadi inkişaf naziri XI Beynəlxalq İqtisadi Forumda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev XI Beynəlxalq İqtisadi Forumda iştirak etmək üçün Sankt-Peterburqa yola düşür. Bu barədə məlumatı cümə günü nazirlikdən veriblər. Forumun işində müxtəlif ölkələrdən təqribən 6 min nəfər iştirak edəcək.

İqtisadi sahədə aparıcı mütəxəssislərin plenar iclas və dəyirmi masalarda çıxış edərək, dünyadakı iqtisadi proseslərdə daha aktual meyllərlə bağlı ekspert qiymətləndirmələrini təqdim edəcəkləri gözlənilir.

XI Beynəlxalq İqtisadi Forum Sankt-Peterburqun "Lenekspo" böyük sərgi kompleksində keçiriləcək. Forumun təşkil olunması ilə RF İqtisadi İnkişaf və Ticarət Nazirliyinin rəhbərliyi və Sankt-Peterburq Administrasiyasının yardımı ilə "Peterburq beynəlxalq iqtisadi forumu" Fondu məşğul olur.

Xəbər lenti

Xəbər lenti