...

Nazir: "Bir pəncərə" sisteminin yaradılması Dünya Bankının Doing Business hesabatında Azərbaycanın reytinqini yaxşılaşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 16:14 (UTC +04:00)
Nazir: "Bir pəncərə" sisteminin yaradılması Dünya Bankının Doing Business hesabatında Azərbaycanın reytinqini yaxşılaşdıracaq

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ 2007-ci ilin sonuna qədər Azərbaycanda "Bir pəncərə" (bir qeydiyyat orqanı) sisteminin tətbiqi mümkündür ki, bu da bir orqanda sənədlər paketinin alınmasına imkan yaradacaq. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, hazırda müəssisələr arasında bu məsələ ilə bağlı ciddi fikir ayrılığı yoxdur.

"Əsas məsələ ondan ibarətdir ki, bu prinsipi həyata keçirmək üçün hansı orqan seçiləcək. Birmənalıdır ki, bu, İqtisadi İnkişaf Nazirliyi olmayacaq. Hazırda bir neçə variant nəzərdən keçirilir, bunların arasında Ədliyyə Nazirliyi də var. Amma son seçimi, daha məqsədəuyğun olanını ölkə prezidenti seçəcək",-deyə nazir söyləyib.

Babayev hesab edir ki, biznesin hüquqi qeydiyyatının dəyişdirilərək biznes qurulması üçün "bir pəncərə" sisteminin yaradılması birmənalı olaraq ölkənin Dünya Bankının Doing Bisness reytinqində yerinə təsir edir.

Hesabatın müəllifi bir müddət öncə Azərbaycanda olan Semion Dyankov hökumət tərəfindən həyata keçirilən tədbirləri müsbət qarşılayıb.

"İqtisadi inkişaf nazirliyinin üzərində işlədiyi yeni addımlar Azərbaycanda biznes üçün şəraiti daha da yaxşılaşdıracaq. Bunların sırasında məznil-kommunal təsərrüfatında islahatlar da var ki, bu da müəyyən mənada biznesin inkişafına təsir göstərir. Biz daima islahatlar istiqamətində fəaliyyət göstərəcəyik",-deyə Babayev bildirib.

Bununla yanaşı o hesab edir ki, DB-nin hesabatında reytinqin yaxşılaşması biznes üçün necə şərait yaradılmasının indikatoru rolunu oynayır.

Nazirin fikrincə, işləməyənə nisbətən işləyən iqtisadiyyatda bu cür dəyişiklikləri etmək daha ağırdır, amma hesabatın hazırlanması anında ekspertlər bugünkü Azərbaycan reallığından çıxış edəcək.

"Bir pəncərə" sisteminin tətbiqi nəticəsində yeni müəssisələrin yaradılması üçün qeydiyyat müddətlərinin 53 gündən 10-15 günə qədər, həmçinin addımların sayının (hazırda 14) azaldılması nəzərdə tutulub. Beynəlxalq təcrübəyə əsasən, biznes-mühiti üzrə hesabatın tələblərinə uyğun olaraq bank hesabının açılması və notarial qeydiyyat bir gün ərzində olmalıdır.

Sonuncu hesabata görə, Azərbaycan 99-cu yeri tutub. "Doing Business"-2007 hesabatında biznes üçün şərtlərin sadəliyi səviyyəsi üzrə 175 ölkənin (ötən ilə nisbətən 20 ölkə çox) reytinqi göstərilib.

Xəbər lenti

Xəbər lenti