...

Nazir: "İyul ayından kənd təsərrüfatı kreditlərinin verilməsi üzrə agentlik kreditlərin verilməsinə başlayacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / müx . Trend S.Babayeva/ Çərşənbə günü kənd təsərrüfatı naziri İsmət Abbasovun verdiyi məlumata görə, kreditlərin verilməsi üzrə agentlik iyul ayından başlayaraq kreditlərin verilməsinə başlayacaq. Onun sözlərinə görə, artıq kreditlərin verilməsi üzrə çoxsaylı ərizələr var. Birinci mərhələdə bu məqsədlə 5 milyon dollar ayırmaq planlaşdırılır. "Mən hesab edirəm ki, kreditlər ilk növbədə istehsalın artırılması məqsədilə kənd təsərrüfatı məhsulu istehsal edən istehsalçılara təqdim olunmalıdır" - deyə nazir bildirib. Abbasov bildirib ki, bəzi təşkilati məsələlərin həllindən sonra kredtlərin verilməsinə başlanılacaq.

Azərbaycan Nazirlər Kabinetinin göstərişinə əsasən, kreditlər aşağıdakı istiqamətlərdə istifadə oluna bilər:

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı

Suvarılan torpaqların meliorasiyasının yaxşılaşdırılması

İrriqasiya avadanlığı ilə təchiz edilmə

Ərzaq məhsulları sektorunun müasirləşdirilməsi və inkişafı

Kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınması

Kənd Təsərrüfatı Nzirliyinin pilot layihələri

Heyvandarlıqda süni mayalandırmadan istifadə edilməsi

Mikrokreditlər 1min manat olmaqla 2 il müddətinə, kiçik kreditlər 1-20 min manat, orta kreditlər 20-50 min manat olmaqla 3 il müddətinə, böyük kreditlər isə 50-200 min manat olmaqla 5 il müddətinə veriləcək.

Xəbər lenti

Xəbər lenti