...

Azərbaycanın Rusiyadakı səfirliyi nəzdində ticarət nümayəndəliyinin açılması təklif olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan Sahibkarları Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədovun cümə axşamı verdiyi məlumata görə, Konfederasiya ölkə rəhbərliyinə Azərbaycanın Rusiyadakı səfirliyi nəzdində ticarət nümayəndəliyinin açılmasını təklif edir.

Məmmədovun sözlərinə görə, Azərbaycan və Rusiya sahibkarları arasında bir sıra problemlər mövcuddur. Onlardan ən mühümü gömrük məntəqələrində malların girişi və çıxışı zamanı ləngimələr, həmçinin sahibkarlar arasında məlumat bazasının olmamasıdır.

Məmmədov bildirib ki, Azərbaycanda hazırda 350 rus şirkəti fəaliyyət göstərir və bu şirkətlər ölkədə sahibkarlığın inkişafında fəal iştirak etmirlər.

"Azərbaycan iqtisadiyyatının nəqliyyat, turizm, kənd təsərrüfatı kimi prioritet sahələri var ki, rus şirkətləri buraya sərmayə qoymalıdırlar" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti