...

"Texnika Lizing" şirkəti nizamnamə kapitalının artırılması ilə bağlı planlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ "Texnika Lizing" şirkəti ilin sonuna qədər nizamnamə kapitalını üç dəfə artırmaq niyyətindədir. Bu barədə cümə günü şirkətin rəhbəri Elxan Nəcəfquliyev məlumat verib. Hazırda şirkətin nizamnamə kapitalı 200 min manat təşkil edir.

Nəcəfquliyevin sözlərinə görə, "Texnika Lizing" portfeli bu günə 3,5 mln. manat təşkil edir, ilin sonuna isə bu rəqəmin 2,5 dəfə artırılması planlaşdırılır.

Şirkət rəhbərli bildirib ki, "Texnika Lizing" hazırda Avropanın bir sıra özəl fondları ilə əməkdaşlıq edir və gələcəkdə öz maraqlarını genişləndirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti