...

Trend Capital-ın eksperti: Azərbaycan hökuməti ilk "xalq İPO"-su həyata keçirməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2007 20:56 (UTC +04:00)
Trend Capital-ın eksperti: Azərbaycan hökuməti ilk "xalq İPO"-su həyata keçirməlidir

Azərbaycan, Bakı/ Trend / Azərbaycan hökuməti Rusiya nümunəsindən istifadə edərək birinci "xalq İPO"-su, ölkənin sıravi vətəndaşlarının cəlb olunması yolu ilə səhmlərin ilkin açıq paylaşdırılmasını həyata keçirməlidir. Ən yaxşısı ilk addımı Kapital Bankın dövlətsizləşdirilməsi çərçivəsində etməkdir. Bu halda bizim on minlərlə vətəndaşımız ölkənin aparıcı banklarından birinin səhmdarı ola bilərlər.

Məsələn, bu gün Rusiyada üç xalq İPO-su keçirilib. Sonuncusu, "Vneştorbank" üzrə olan isə bütün İPO göstəricilərinə görə "Rosneft" və "Sberbank"-ı qabaqlayaraq hətta bütün gözləntiləri də üstələyib. 131 mindən çox insan, yaxud 1,6 mlrd. dollar məbləğində vəsait qoyan 20 faiz insan VTB səhmdarı olub. Cəmisi 30 000 rubl yaxud 1172 dolları olmaq bankın səhmdarına çevrilmək üçün kifayət edib.

Azərbaycanda Kapital Bankın İPO uğuru zəmanətlidir. Birincisi bunda dövlət bankının səmərəli idarəolunmasına görə ikinci olmasıdır. İkincisi isə bank sahəsinin - dünyada neftin qiymətinin dəyişməsindən asılı olmayan fond bazarının azsaylı sahələrindən biri olmasıdır.

Bu gün iqtisadiyyat bank sahəsinə nisbətən daha mütərəqqi inkişaf etsə də, Azərbaycanda bank sahəsi ən perspektivli sahələrdən biri hesab olunur.

Xalq İPO-su ideyası milyard dollarla istifadə olunmayan investisiyaları ortaya çıxarır və xalq pullarını iqtisadiyyata işləməyə məcbur edir. Bir tərəfdən əhali iri korporasiyanın kapitalında iştirak etmək imkanı əldə edir. Digər tərəfdən istehlak xərclərinin artmasına qarşı qiymətli kağızlara investisiyaların stimullaşdırılması inflyasiya səviyyəsinin azaldılması üsullarından biridir. Bunun nəticəsində inflyasiya təyziqinin məhdudlaşdırılması baş verir - vəsaitlər cari təlabata deyil, uzun müddətli səhmlərə sərf olunur.

Amma İPO keçirməzdən öncə baş verən proseslərə əhalinin daha çox qatılması üçün bankın səhmlərini necə, harda, nə zaman, ən əsası niyə əldə etmələri üçün geniş informasiya təbliğatı aparmaq lazımdır. Baxmayaraq ki, Azərbaycanda 12 ildir ki özəlləşdirmə prosesi həyata keçirilir, əhalinin fond bazarının imkanları barədə nəzəri və praktiki bilikləri yoxdur.

Qiymətli kağızlara uğursuz investisyalarla bağlı cəhdlər isə yığımların xərclənməsi nəticəsində qeyri adekvat optimizm və ümidsizliyə gətirib çıxarıb.

Vəziyyətin düzəldilməsi üçün insanların gəlirli müəssisələrin səhmlərini əldə etməsi üçün imkanları texnoloji cəhətdən işləmək lazımdır. İri bankın emissiyası planlaşdırlan zaman elə aşağı dəyət nəzərdə tutmaq lazımdır ki, səhmləri Azərbaycanın sadə vətəndaşları da əldə edə bilsinlər. Məsələn Rusiya VTB-də bir səhmin nominal dəyəri 1 qəpik olub.

Səhm əldə etməklə Azərbaycanın 100 minlərlə sıravi vətəndaşı bankı səhmdarlarının toplantısında iştirak etməklə onu idarə olunmasına müəyyən rola malik olacaq. Eyni zamanda qoyulmuş pulların gəlir gətirməsi üçün səhmləri investisya aləti kimi istifadə etmək imkanına malik ola biləcək.

Burada bazarın stabilliyi ideyası həyata keçirilmiş olacaq. Məsələn Rusiyada "Rosneft" və "Sberbank"-da İPO həyata keçirildikdən sonra əhalidə aşağı risklərlə vəsaitlərin qoyulması streotipi yaranıb.

(Ellada Xankişiyeva - Trend analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti