...

7 ay ərzində Azərbaycanın fond bazarının dövriyyəsi təqribən 2,5 mlrd. dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / 2007-ci ilin yanvar-iyul ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə bağlanılmış əqdlərin ümumi həcmi 2050,167 mln. AZN təşkil edib, bu da ötən ilin müvafiq dövrünün eyni göstəricisini 374,95% üstələyir.

Bu sövdələşmələrin 89,17%-i dövlət qiymətli kağızlarının payına düşür.

Qeyd etmək lazımdır ki, birja fəallığının artımı mütəşəkkil qiymətli kağızlar bazarının bütün seqmentlərində nəzərə çarpmışdır. Ən böyük artım (18 dəfəlik artım) səhmlərin təkrar bazarında müşahidə olunub.

Bütün alətlər üzrə BFB-də keçirilmiş hərracların nəticələri üzrə müqayisəli cədvəl (yanvar-iyul, 2007)

Bazarın seqmentləri 2007 (31.07.07)AZN 2006 (31.07.06)AZN 2006-cı ilə faiz nisbəti
DQİ (AR MN) - (yerləşdirmə) 120.619.218,26 48.088.486,42 250,83%
DQİ (AR MN) - (təkrar bazar) 12.962.232,46 4.301.341,72 301,35%
Notlar (AR MB) - (yerləşdirmə) 891.634.412,86 321.975.770,46 276,93%
Notlar (AR MB) - (təkrar bazar) 129.441.649,10 43.761.251,48 295,79%
Repo əməliyyatlar 673.488.146,96 70.527.466,04 954,93%
Cəmi DQK bazarı 1.828.145.659,64 488.654.316,12 374,12%
Korporativ istiqrazlar - (yerləşdirmə) 18.725.470,25 9.767.723,24 191,71%
Korporativ istiqrazlar - (təkrar bazar) 4.310.681,29 1.467.972,42 293,65%
Səhmlər - (yerləşdirmə) 144.486.173,20 44.022.020,80 328,21%
Səhmlər - (təkrar bazar) 54.498.486,43 2.877.765,52 1 893,78%
Cəmi KQK bazarı 222.020.811,17 58.135.481,98 381,90%
CƏMİ 2.050.166.470,81 546.789.798,10 374,95%
Xəbər lenti

Xəbər lenti