...

Azərbaycanın Bakı-Tiflis-Qars layihəsi çərçivəsində dəmir yolunun inşası ilə bağlı təklifləri qəbul olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndələri türk tərəfinə Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsi ilə bağlı rəy və təkliflərini təqdim ediblər. Bu barədə nazirlikdən məlumat veriblər.

Layihə Türkiyənin "Yüksel Domaniç Engineering Limited" şirkəti tərəfindən hazırlanıb. Görüşdə Azərbaycanın dəmir yolu idarəsinin və Nəqliyyat Nazirliyinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın dəmir yolu xəttinin Gürcüstan ərazisində Axalkalaki stansiyasından Türkiyə ilə sərhədədək (Karsaxi) olan hissə ilə bağlı təklif və rəyləri müzakirə olunaraq qəbul edilib.

Tikinti və yenidənqurma işləri bitdikdən sonra Bakı-Tiflis-Qars dəmir yolu bütün beynəlxalq standartlara cavab verəcək. Bu xətt eyni zamanda MDB ölkələrində yük və sərnişin daşımaları üçün istifadədə olan bütün növ vaqonları qəbul edə biləcək.

Xəbər lenti

Xəbər lenti