...

Gəncədə iri bazar fəaliyyətinini dayandıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2007 20:57 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ "Gəncə Bazar" Açıq Səhmdar Cəmiyyəti sabah bazarda sanitar gigiyena qadalarnını nizama salmaq və tikinti işlərini davam etdirmək məqsədilə fəaliyyətini dayandıracaq. Bu barədə məlumatı Cəmiyyətdən veriblər.

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Bölməsinin müdiri Kamil Hüsyenov da sabah bazarın fəaliyyətinin dayandırılması barədə məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Mərkəzin əməkdaşları bazarda apardıqları reydlər zamanı oranın sanitar gigiyena qaydalarının normalara cavab vermədiyinin şahidi olublar. Belə ki, bazarda dam örtüyünün olmaması səbəbindən kənd təsərrüfatı məhsulları günün altında satılır. Tikinti aparılan yerlərdə ağartı məhsulları qoyulub. Hüseynov əlavə etdi ki, hələki bazarda 2 gün sanitariya günü keçiriləcək. Sonradan ehtiyac olarsa yenidən belə günlər təşkil oluna bilər.

Xəbər lenti

Xəbər lenti