Azərbaycan, Bakı / Trend / Dövlət Əmlakının İdarəedilməsi üzrə Dövlət Komitəsi "Salyan-Sərnişin" səhmdar cəmiyyətinin 30,21 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsini yekunlaşdırıb. Bu barədə komitənin yaydığı məlumatda bildirilir.
Müsabiqədən qalib çıxan hüquqi şəxs altı ay ərzində 40 min manat həcmində vəsait yatırmalıdır. Bu vəsaitlər sərnişin daşımalarında xidməti beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına yönələcək. Müsabiqənin qalibi açıq səsvermə əsasında müəyyənləşdirilib.