...

Rusiya analitikləri hesab edir ki, Ukrayna "Qazprom"la problemi tezliklə həll edəcək

Energetika Materials 4 Oktyabr 2007 13:10 (UTC +04:00)
Rusiya analitikləri hesab edir ki, Ukrayna "Qazprom"la problemi tezliklə həll edəcək

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Rusiya analitikləri hesab edir ki, Ukrayna Rusiyanın "Qazprom" şirkətinə olan borclarını tezliklə ödəyə bilər.

"Qazprom" Avropadan olan tərəfdaşlarına yazılı məlumat göndərərək bildirib ki, Ukrayna ölkəyə nəql olunan qazla bağlı şirkət qarşısında 1,3 mlrd. dollar həcmidə borca malikdir. Məlumatda həmçinin bildirilir ki, "Qazprom" ölkə oktyabr ayında borcu ödəmədiyi halda Ukraynaya təbii qazın nəqlini dayandırmaq niyyətindədir.

"Alfa Bank"ın analitiki Konstantin Batuninin fikrincə, Ukrayna ilə bağlı yaranmış vəziyyət bir neçə ay bundan öncə Belarus ilə bağlı yaranmış vəziyyətlə eynidir.

"Belarus ilə bağlı problem tezliklə həll olundu. Ukrayna ilə bağlı yaranmış vəziyyət oxşarlıq təşkil edir. "Qazprom" hər bir halda borcların ödənilməsinə nail olacaq. Ukrayna qaza olan borcunu ödəyəcək" - deyə o bildirib.

"Aton Broker" investisiya şirkətinin analitiki Artem Konçin hesab edir ki, Ukrayna hər bir halda borcunu ödəməli olacaq.

"Ukrayna borc göturmək bahasına olsa belə qaz borcunu ödəyəcək" - deyə o bildirib.

Avropa Komissiyasının nümayəndələrinin sözlərinə görə, Rusiya-Ukrayna kommersiya probleminin Avropaya qaz nəqlinə mane olmayacağına dair "Qazprom"dan təminat alınıb.

Xəbər lenti

Xəbər lenti