...

Litvada beynəlxalq energetika konfransı öz işinə başlayır

Energetika Materials 10 Oktyabr 2007 12:03 (UTC +04:00)
Litvada beynəlxalq energetika konfransı öz işinə başlayır

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Bu gün Vilnüsdə (Litva) Azərbaycan, Ukrayna, Polşa, Gürcüstan və Litva prezidentlərinin iştirak edəcəyi Beynəlxalq energetika konfransı öz işinə başlayır.

Konfrans zamanı prezidentlər üç müqavilə imzalayacaqlar. Bu, energetika sahəsində əməkdaşlığa dair; Odessa-Brodı-Plotsk boru kəməri marşrutunun inkişafı ilə məşğul olacaq şirkətin yaradılması barədə sənəd; Litva və Polşa elektrik enerjisi sahəsində əməkdaşlığa dair sənəd olacaq.

Konfransda məruzə ilə çıxış edəcəklər:

- Metyu Brayza, Avropa məsələləri üzrə ABŞ dövlət katibi müavininin köməkçisi - "Avrasiyanın enerji təhlükəsizliyi: geopolitika və qaz tədarükü üçün diversiya olunmuş mənbə";

- Jan-Arnold Vinua, enerji və nəqliyyat üzrə Avropa Komissiyası Baş direktorluğunun enerji siyasəti və tədarükünün təhlükəsizliyi Departamentinin rəhbəri - "Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsi: gələcək fəaliyyət";

- Viktor Elblinq, enerji sahəsində xüsusi tapşırıqlar üzrə Qrup rəhbərinin müavini və Almaniyanın xarici işlər nazirliyinin beynəlxalq iqtisadi siyasət şöbəsinin müdiri - "Energetika sahəsində Aİ ilə qonşu regionların əməkdaşlığı";

- Bryus Cekson, keçid dövrü demokratiya layihəsinin sədri, xarici işlər üzrə Şuranın üzvü - ABŞ - "Enerji təhlükəsizliyi və demokratiyanın inkişafı arasında əlaqə, həmçinin , Şərqi Avropada genişləndirilməsi" və başqaları.

Xəbər lenti

Xəbər lenti