...

Azərbaycan prezidenti "Bakılektrikşəbəkə" SC-nin işindən razılığını ifadə edib

Energetika Materials 23 Oktyabr 2007 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycan prezidenti İlham Əliyev "Bakılektrikşəbəkə" SC-nin işindən razılığını ifadə edib və elektrik enerjisindən istifadəyə görə 80-90 faizə qədər artan ödəmə yığımlarının müsbət olduğunu qeyd edib. Bu barədə çərşəbə axşamı rəsmi mətbuat məlumat verib.

Dövlət başçısı bazar ertəsi Nazirlər Kabinetinin doqquz ay ərzində ölkənin sosial-iqitsadi inkişafının yekunu və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, elektrik sayğaclarının quraşdırılması prosesi başa çatıb və indi əhali nədən ötrü pul ödədiyini bilir.

Onun sözlərinə görə, elektroenergetika sahəsində böyük islahatlar aparılıb, oğurluğun qarşısı alınıb.

"Uzun illər Bakı elektrik stansiyasını idarə edən Barmek şirkəti işdən uzaqlaşdırılıb. Barmek şirkətinin məqsədi Azərbaycan xalqını qarət etmək idi. Şirkət fırıldaqlıqla məşğul olurdu. İndi Bakı elektrik stasiyası üzərində dövlət nəzarəti mövcuddur və işə daha çox məsuliyyətli yanaşma var. Azərbaycanda - Bakıda və regionlarda əhali 24 saat ərzində elektrik enerjisi alır" - deyə dövlət başçısı əlavə edib.

Xəbər lenti

Xəbər lenti