...

"Günəşli" yatağında yeni yüksəkdebitli quyu istismara verilib

Energetika Materials 29 Noyabr 2007 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata görə, ARDNŞ "Günəşli-14" platformasından qazılmış yüksəkdebitli quyunu istsmara verib.

Quyu 2545 metr dərinlikdən sutkada 120 ton neft və 40 min kubmetr təbii qaz verir. 14 saylı platforma "Günəşli" yatağında ən iri və səmərəli işləyən platformadır. Dörd il əvvəl ona 12 quyuluq əlavə blok birləşdirilib. Ötən 20 il ərzində platformadan ümumilikdə 32 yüksək debitli quyu qazılıb ki, bu quyular da sutka ərzində 2 200 ton neft və kondensat, 4 milyon kubmetr qaz verirlər. 225 saylı quyu "Günəşli" yatağında ilin əvvəlindən istismara qəbul edilən sayca 11-ci quyudur. Dekabrda 15 saylı platformadan daha bir quyu qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti