...

Azərbaycana elektrik enerjisi idxalı xeyli azalıb

Energetika Materials 18 Dekabr 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Yanvar-oktyabr ayları ərzində Azərbaycana 715,6 mln. kVt/saat elektrik enerjisi idxal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 62,8% azdır. Bu dövr ərzində 21,481 mln. dollar məbləğində elektrik enerjisi idxal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 59,5% azdır.

Göstərilən dövr ərzində 579,7 min ton həcmində (2006-cı ilin göstəricisindən 2,7% çox) sement klinkeri idxal olunub (30,5 mln. dollar məbləğində, 2006-cı ilin göstəricisindən 2,1% çox).

İdxal olunan sementin həcmi 726 min ton (2006-cı ilin göstəricisindən 33,8% çox), məbləği 35,4 mln. dollar təşkil edib (2006-cı ilin göstəricisindən 41,5% çox)

Xəbər lenti

Xəbər lenti