...

Azərbaycanın Lerik rayonu aramsız qar yağması səbəbindən işiqsız qalıb

Energetika Materials 19 Dekabr 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əlieva / Üç gündür ki, Azərbaycanın Lerik rayonuna aramsız yağan qar elektrik təsərrüfatına böyük ziyan vurub. Rayonun 80 faizi işıqsız qalıb. Dünən axşam saatlarında işığın verilişi 90 faiz bərpa olunsa da, hələ də rayonda 5-6 kənd işıqsızdır. Bu barədə Lerik Rayon Elektrikpaylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün də davamlı yağan güclü qar qəza briqadasının intensiv işləməsinə maneçilik törədir. Belə ki, elektrik naqilləri yağan qarın ağırlığına davam gətirməyərək yenidən qırılır.

Xəbər lenti

Xəbər lenti