...

Qazaxıstan Parlamenti 2008-ci ildə neftin nəqlinə dair Azərbaycanla müqavilə üzrə rəy verəcək

Energetika Materials 26 Dekabr 2007 12:41 (UTC +04:00)
Qazaxıstan Parlamenti 2008-ci ildə neftin nəqlinə dair Azərbaycanla müqavilə üzrə rəy verəcək

Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ "Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara Xəzər dənizi və Azərbaycan ərazisindən keçməklə Qazaxıstandan neft nəqlinə dəstək və yardım üzrə Qazaxıstan və Azərbaycan arasında müqavilənin təsdiqinə dair" qanun layihəsi üzrə rəy 2008-ci il aprelin 15-də veriləcək. Bu barədə çərşənbə günü Qazaxıstan Parlamentinin plenar iclası zamanı Beynəlxalq İşlər və Müdafiə üzrə Komitənin sədri Nurbax Rustəmov məlumat verib.

"Komitədə hazırkı qanun layihəsi üzərində iş aparılır. Qanun layihəsi üzrə rəy 2008-ci il aprelin 15-də veriləcək" - deyə Rustəmov bildirib.

Müqavilə Azərbaycan və Qazaxıstan prezidentləri tərəfindən 2006-cı il iyunun 16-da imzalanıb. Nəqliyyat sisteminin yaradılması Kaşaqan neftinin keyfiyyəti saxlanılmaqla dünya bazarlarına nəql olunmasının təmin edilməsinə imkan verəcək. Transxəzər nəqliyyat sistemi ilkin mərhələdə ildə 5 mln. ton, sonrakı mərhələlərdə isə 38 mln. tona qədər neftin nəqlini təmin edəcək.

Hazırda Qazaxıstan Xəzər Nəql Etmə Sisteminin (QXNS) yaradılması üzərində iş aparılır. Bu ilk növbədə "Kaşaqan" və "Tengiz" yataqlarından hasil ediləcək artan Qazaxıstan neftinin Aktau-Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Şərq-Qərb enerji dəhlizi vasitəsilə beynəlxalq bazarlara Xəzər dənizindən keçməklə ixracı üçün nəzərdə tutulub.

QXNS-nin ilkin mərhələdə ildə 25 mln. ton, sonrakı mərhələlərdə isə 38-60 mln. tona qədər neftin nəqlini təmin edəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti