...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 21 Fevral 2008 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral / Trend , müxbir A.Bədəlova / Fevralın 20 - də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $99,7/barelə çatıb. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumatda deyilir ki, çərşənbə günü neftin qiyməti? çərşənbə axşamı ilə müqayisədə? $1,17/barel qalxıb.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARNDŞ-dzn bildiriblər ki, fevralın 20-də FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $98,59/barel təşkil edib və bu əvvəlki qiymətdən $1,21/barel çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan neftindən geri qalır.

Fevralın 20-də Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $92,37/barel təşkil edib və bu, əvvəlki qiymətdən $0,96/barel çoxdur.

Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Fevralın 20-də "Brent Dated" neftinin bir barelinin qiyməti $97,94/barelə çatıb və əvvəlki qiymətdən $1,14/barel çox olub.

Xəbər lenti

Xəbər lenti