Qazaxıstan, Astana, 26 fevral / Trend , müxbir K.Kanırova/ "LUKOYL Oversiz"in ("Lukoyl"un xarici layihələr operatoru) Qazaxıstan filialının regional direktoru Boris Zilbermints bu həftə Qazaxıstandakı işinə son verib.
Astanadakı məlumatlı mənbənin Trend ın xüsusi müxbirinə verdiyi məlumata görə, onun yeni iş yeri "Qazprom neft" şirkəti olacaq. Burda Zilbermints şirkətin kəşfiyat və hasilat üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub. Qazaxıstandakı "LUKOYL Oversiz" şirkətinin rəhbəri vəzifəsini isə hələlik regional direktorun birinci müavini Sergey Okulyaşin icra edir.
"LUKOYL Oversiz"in Qazaxıstan filialına Zilbermints 2002 -ci ildən rəhbərlik edib.