...

Azərbaycanda yeraltı qaz anbarlarından qaz götürülməsi azalıb

Energetika Materials 27 Fevral 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir S.Əliyev / Azərbaycanda havaların istiləşməsilə əlaqədar yeraltı qaz anbarlarından qaz götürülməsi təxminən gündə səkkiz mln. kub metrdən 6,5 mln. kub metrə azalıb, - çərşənbə günü hökumətdən bildiriblər.

Hazırda Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatı təxminən 500 mln. kub metr təşkil edir, - "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Bu il yeraltı qaz anbarlarına bir mlrd. kubmetrdən artıq qaz vurulub. Ötən il (2006-2007) qaz anbarlarına 1,024 mlrd. kubmetr qaz vurulub.

Azərbaycanda iki yeraltı qaz anbarı var - Qaradağ və Qalmaz.

Müəlliflə əlaqə saxlamaq üçün ünvan: [email protected]  

Xəbər lenti

Xəbər lenti