...

Yunanıstan Azərbaycan-İtaliya enerji dəhlizində maraqlıdır - nazir Xristos Folias (video)

Energetika Materials 17 Mart 2008 17:01 (UTC +04:00)
Yunanıstan Azərbaycan-İtaliya enerji dəhlizində maraqlıdır - nazir Xristos Folias (video)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir S.Əliyev/Yunanıstan Azərbaycan,Türkiyə və İtaliya

arasındakı enerji dəhlizinin iş qabiliyyətinin təminatında maraqlıdır. Bu barədə bazar ertəsi Bakıda Yunanıstanın inkişaf naziri Xristos Folias Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşündən sonra bildirib.

"Azərbaycan və Yunanıstan arasında otraq maraqlar var və onlar görüş zamanı müzakirə olunub" - deyə Yunanıstan naziri bildirib. Foliasın sözlərinə görə, Yunanıstan artıq Azərbaycan ilə imzalanmış energetikaya dair müqaviləni təsdiq edib.

Nazirin səfəri çərçivəsində Azərbaycan qazının Yunanıstana tədarükü, alternativ bərpa olunan enerji mənbələri və sənaye sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.

Yunanıstanın inkişaf naziri ilə gəlmiş nümayəndə heyətinin tərkibinə Yunanıstanın Dəniz Nəqliyyatı Nazirliynin baş katibi, Yunanıstanın Strategiya və Energetika Milli Şurasının prezidenti, DEPA şirkətinin Direktorlar Şurasının sədri, Alternativ Enerji Mənbələri Mərkəzinin rəhbəri və Yunanıstan Ərzaq Təşkilatının sədri daxildir.

Xəbər lenti

Xəbər lenti