...

Dövlət Gömrük Komitəsi Azərbaycandan neft məhsullarının ixrac həcmini açıqlayıb

Energetika Materials 20 Mart 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) yanvar-fevral ayları ərzində 1 mln. 120 min ton neft və 316 min ton neft məhsulları ixrac edib. Bu barədə Dövlət Gömrüük Komitəsinin məlumatında bildirilir.

ARDNŞ şəxsi vəsaiti hesabına 50-dən çox yataqdan neft hasil edir. Neft məhsulları Bakının iki Neft emalı Zavodunda istehsal olunur. Emalın ümumi gücü ildə 20 mln. ton neft təşkil edir. ARDNŞ nefti Bakı -Tbilisi - Ceyhan (BTC) və Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə satır.

Gömrük Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında Azərbaycandan QKSSS şirkəti 15,594 min ton, "Azərneftyağ" neft emalı zavodu 8,6 min ton, Monolit-D - 7 min ton neft məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti