...

ARDNŞ iri yataqda 15 yeni quyu qazacaq

Energetika Materials 30 Mart 2008 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend / Cari il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Günəşli" dəniz yatağında 15 quyu qazmaq niyyətindədir. Onlardan səkkizi neft hasilatı, yeddisi isə qaz hasilatına yönəldiləcək. Bu barədə Şirkətin məlumatında bildirilir. "Günəşli" yatağının dayaz hissəsi ARDNŞ tərəfindən müstəqil olaraq işlənir.

Şirkət bu həftə yüksək debitli neft quyularından birinin qazımasını başa çatdırıb. Quyu "Günəşli-13" platformasından "Fasilə layı" nadək 3100 metr dərinliyində qazılıb. Onun sutkalıq debiti 140 ton neft və 23 min kub metr qaz təşkil edir.

Bu mart ayında "Günəşli" yatağında qazılan ikinci quyudur. Əvvəllər "Günəşli-14 platformasından sutkalıq debiti 1100 ton neft olan quyu qazılıb.

Xəbər lenti

Xəbər lenti