...

Azərbaycan neftinin qiyməti: 14-18 aprel həftəsinin xülasəsi

Energetika Materials 21 Aprel 2008 15:33 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 14-18 aprel həftəsinin xülasəsi

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir A.Bədəlova/ 14-18 aprel həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $113,07/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,83/barel çoxdur.

14-18 aprel həftəsindəAZERI LT neftinin maksimal qiyməti $114,37/barel, minimal qiyməti isə $11,05/barel təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.

14-18 aprel həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $104,95/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,65/barel çoxdur.

14-18 aprel həftəsində URALS neftinin maksimal qiyməti $105,89//barel, minimal qiymət isə $103,26/barel təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

14-18 aprel həftəsindəBrent Dated neftinin orta qiyməti $110,23/barr təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $3,9/barel çoxdur. Maksimal qiyməti $111,09//barel, minimal qiymət isə $108,55/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36faizdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti