...

Azərbaycan yanvar-apreldə 3,5 mlrd. kubmetr qaz alıb

Energetika Materials 7 May 2008 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may/ Trend / Yanvar-apreldə Azərbaycana 3,5 mlrd. kubmetr qaz verilib. Bunun 2,22 mlrd. kubmetri qazı şəxsi vəsaitləri hesabına işlənən yataqlardan hasil etmiş Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) payına düşüb. Bu barədə ARDNŞ -nin çərşənbə günü yayılan məlumatında deyilir.

ARDNŞ-nin məlumatında bildirilir ki, yanvar-apreldə qalan 1,3 mlrd. kubmetr həcmində qaz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağından neftlə birlikdə hasil etdiyi səmt qazının və "Şahdəniz" müqavilə sahəsinin payına düşüb. Azərbaycan yanvar-apreldə "Şahdəniz"dən 736,14 mln. kubmetr qaz alıb.

Apreldə dövlətə 855,05 mln. kubmetr qaz verilib. Bunun 551,40 mln. kubmetri ARDNŞ-nin, qalan 303,65 mln. kubmetr isə, ABƏŞ və "Şahdəniz" layihəsinin payına düşüb. Azərbaycan apreldə "Şahdəniz"dən 183,5 mln. kubmetr qaz alıb.

1994-cü ildə imzalanan PSA tipli müqaviləyə əsasən, ABƏŞ saziş üzrə neft-qaz əməliyyatlarının aparılması üçün, Konsorsiuma lazım olan həcm istisna olmaqla, "Azəri-Çıraq-Günəşli" yatağından neftlə birlikdə hasil edilən səmt qazını əvəzsiz olaraq Azərbaycana verir.

Xəbər lenti

Xəbər lenti