...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 12 May 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend ,müxbir A.Bədəlova/ Mayın 9-da CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $126,17/barelə çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən $3,32/barel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da $123,88/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $3,21/barel çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 9-da $116,71/barel təşkil edib və bu əvvəlki qiymətdən $3,47/barel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftlə analoji vəziyyət müşahidə edilir. Mayın 9-da Brent Dated neftinin 1 barelinin qiyməti $123/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $3,38/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti