Azərbaycan, Bakı, 13 may/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinə üç il müddətində $500 mln. məbləğində ayrılmış zəmanətsiz kreditin həcmi ABN Amro və Citibank sindikatının əsas iştirakçıları və bukrannerlərinin hesabına $600 mln.-dək artırılıb. Bu barədə Nefte Compass nəşri yazır. Onun məqaləsi ARDNŞ-nin rəsmi saytında yerləşdirilib.
Alınmış kredit ARDNŞ-nin başçılıq etdiyi Konsorsiumun $2,05 mlrd.-a aldığı Türkiyənin Petkim neft-kimya Konsorsiumunun səhmlərinin 51 faizinin ödənilməsinə yönəldiləcək.
Kreditin təşkilatçıları kimi "Citibank" (ABŞ) və "ABN Amro" (Hollandiya) çıxış edir. Vəsaitləri təqdim edən bankların arasında BNP Paribas SA, Calyon, Cooperatieve Centrale Raiffeisen - Boerenleenbank B.A., JP Morgan Chase Bank N.A., Societe Generale, Sumitomo Mitsui Banking Corporation Europe Limited, The Bank of Tokyo - Mitsubishi UFG Ltd və Akbank T.A.S bankının Malta filialı var. Birinci mərhələdə kreditin məbləği $300 mln. nəzərdə tutulur. Lakin sonra bu məbləğ $500 mln.-dək artırılıb.
Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR/Turcas Petrol/Injaz Projects-in Alyansında Türkiyənin iri neft-kimya konserni Petkimin səhmlərinin 51 faizi alıb. Alyans bunun üçün $2,04 mlrd. təklif edib.
SOCAR/Turcas/Injaz şirkətlər Alyansının Türkiyənin Petkim kimya Holdinqinin istehsal gücünün müasirləşdirilməsinə yatıracağı investisiyaların həcmi bu şirkətin Türkiyə bazarındakı payını hazırki 27 faizdən 40 faizədək artıracaq. Alyansın investisiyaları 1-2 il ərzində $50-60 mln. təşkil edə bilər.