...

Azərbaycanın cənub rayonu işıqsız qalıb

Energetika Materials 4 İyun 2008 19:48 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 04 iyun / Trend , müxbir P.Əliyeva/ Azərbaycanın Lerik rayonunda yağan yağış və güclü külək elektrik xətlərini sıradan çıxararaq, bir neçə kənd və qəsəbəni işıqsız qoyub. Bu barədə Trend ın bölgə müxbirinə Lerik rayon paylayıcı elektrik şəbəkəsinin rəisi Aydın Məmmədov bildirib.

Elektrik enerjisinin verilişini bərpa etmək üçün təmir-bərpa işləri aparılsa da güclü külək və yağış işə mane olur.

Qəsəbənin və kəndlərin günün sonunadək elektrik enerjisi ilə təmin olunacağı bildirilir.

Cənub bölgəsində yağış və güclü külək hazırda davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti