...

ARDNŞ və xarici şirkət Xəzərdə qaz yatağının işlənməsi üzrə əsas kommersiya prinsiplərinə dair saziş imzalayır

Energetika Materials 5 İyun 2008 12:36 (UTC +04:00)
ARDNŞ və xarici şirkət Xəzərdə qaz yatağının işlənməsi üzrə əsas kommersiya prinsiplərinə dair saziş imzalayır

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir S.Əliyev, V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Fransanın "Total" şirkəti bu gün perspektivli "Abşeron" dəniz blokunun birgə işlənməsi üzrə əsas kommersiya prinsiplərinə dair saziş imzalayır. Bu blokun tədqiqi bir neçə il öncə xarici şirkətlər tərəfindən kommersiya cəhətdən kifayət qədər cəlbedici karbohidrogen həcminin aşkarlanmaması səbəbindən dayandırılıb.

ARDNŞ-dan cümə axşamı bildiriblər ki, əsas kommersiya prinsipləri barədə sazişin imzalanması "PSA tipli gələcək müqavilənin özülüdür". Layihədə ARDNŞ və "Total"ın həmoperatorluğu nəzərdə tutulub. Gələcək müqavilədə faiz payı müvafiq olaraq 40 və 60 faiz sxemi üzrə paylaşdırılacaq.

ARDNŞ-dan "Abşeron" strukturunun işlənməsi üzrə "Total" ilə PSA tipli müqavilənin imzalanmasına dair dəqiq tarixi açıqlamaqda çətinlik çəkiblər. Gələcək müqavilə sxeminin blokda qaz hasilatı perspektivi nəzərə alınmaqla hazırlandığı məlumdur.

ARDNŞ nümayəndəsinin sözlərinə görə, "Abşeron" strukturunda ehtimal edilən qaz aşakar olunacağı zaman ARDNŞ xarici şirkətlərlə "Şahdəniz" yatağı üzrə birgə işdə əldə etdiyi təcrübəsindən istifadə edəcək. Buradan hasil olunan yanacaq hazırda Cənubi-Qafqaz qaz kəməri ilə ixrac olunur.

"Total" şirkəti "Abşeron" layihəsi ilə yaxşı tanışdır. Belə ki, layihə bağlananadək onun iştirakçısı olub. "Total" bütünlükdə layihənin texniki tərkibinə bələddir və yeni kəşfiyyat quyusunun təxminən harada qurulacağını bilir.

Əvvəllər "Abşeron" blokunda opreatoru Amerikanın "ChevronTexaco" şirkəti olan şirkətlər konsorsiumu işləyib. Bu müqavilədə "Total" şirkəti də iştirak edib, lakin quyunun qazılmasından sonra yataqda aşkar olunan ehtiyatlar kommersiya cəhətdən cəlbedici hesab edilməmişdi.

Xəbər lenti

Xəbər lenti