Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir S.Əliyev / Hazırda "BP" şirkəti Bakı-Supsa boru kəmərinin neftlə doldurulmasını davam etdirir. Hökumətdən bildirilib ki, bu proses tamamlandıqdan sonra Supsadan ilk neft partiyası göndəriləcək. İlk partiya iyunun sonu - iyulun əvvəlində göndərilə bilər.
Boru kəmərinin təmirindən sonra 80 min tonluq ilk partiyanın boşaldılması gözlənilir. Bakı-Supsa boru kəmərinin uzunluğu 827 km-dir. Nəql gücü - illik 6 mln. tondan artıq.
Apreldə "BP" şirkəti (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ), eyni zamanda ABƏŞ Bakı-Supsa boru kəmərinin operatorudur) Bakı-Supsa boru kəmərinin "Qərb" marşrutu üzrə 18 aylıq tikinti və təmir işlərini başa çatdırdı.
"MLG" alman şirkəti "BP"-nin sifarişi ilə ABƏŞ neft kəmərinin Gürcüstanın Zestafoni rayonunda uzunluğu təxminən 1 km olan dövrələmə sahəsinin tikintisini tamamlayıb. ABƏŞ bu sahədə torpaq sürüşməsi üzrə monitorinq keçirib. Kiçik sürüşmə aşkarlandığından boru kəmərinin dövrələmə sahəsinin tikintisinə gətirib çıxardı.
Azərbaycan ərazisində aparılan işlər zamanı boru kəmərinin Kür çayından keçidlərindən biri yenidən qurulub. Bundan əlavə, neft kəmərinin hələ sovet dövründə Gürcüstanda tikilən hissəsində işlər aparılıb.
İşlərin dayandırılmasından əvvəl Bakı-Supsa boru kəməri ilə "Azəri-Çiraq-Günəşli" yatağının blokunda ABƏŞ-in hasil etdiyi yüngül neft nəql olunurdu.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]