Azərbaycan, Bakı, 12 iyun/ Trend / Yanvar-mayda Gəncə Regional Elektrik Təchizatı (RET) müəssisəsi abunəçilərə 373 mln. kVt/s elektrik enerjisi verib ki, bu da ötən ilin analoji göstəricisindən 23,4 mln. kVt/s azdır. Bu barədə "Azərenerji" ASC-nin cümə axşamı yayılan məlumatında deyilir.
İstifadə edilmiş elektrik enerjisinə görə ümumi ödəniş təqribən 72 faiz təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 38 faiz çoxdur. Daimi istehlakçılar tərəfindən 120 mln. kVt/saatdan çox elektrik enerjisi istehlak olunub. Ötən il bu rəqəm 171 mln. kVt/s-dan çox olub. Daimi istehlakçılar tərəfindən ödəniş 62 faiz təşkil edib. 2007-ci ildə ödəniş 39 faiz olub.
Mayda elektrik enerjisi istehlakı nəzərəçarpacaq dərəcədə azalıb, istifadə edilmiş elektrik enerjisinə görə ödəniş isə, 40 faiz artıb. Mayda RET-ə ümumilikdə 3,8 mln. manat dəyərində 69 mln. kVt/s elektrik enerjisi verilib. Ötən ilin analoji dövründə bu rəqəm müvafiq olaraq, 59 mln. kVt/s və 3,5 mln. manat olub.
Mayda istifadə edilmiş elektrik enerjisinə görə ödəniş 3 mln. manat (76 faiz) olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 44 faiz çoxdur. Daimi istehlakçılar üzrə ödəniş ötən ilin analoji dövründə 64 faizə qarşı 84 faiz təşkil edib.
Gəncə Regional Elektrik Təchizatı müəssisəsinin tərkibinə Gəncə, Xanlar, Samux, Goranboy və Daşkəsən rayonlarının elektrik paylayıcı şəbəkələri daxildir.