...

Azərbaycan neftinin qiyməti üzrə yeni rekord qeydə alınıb

Energetika Materials 27 İyun 2008 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyunun 26-da qiyməti 1 barel üçün 140,71 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barrel üçün 5,08 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın iyunun 26-da qiyməti 1 barel üçün 138,9 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 5,14 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

İyunun 26-da URALS neftinin qiyməti 1 barel üçün 130,52 dollar təşkil edib. Bu öncəki qiymətdən 5,27 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin iyunun 26-da qiyməti 1 barel üçün 136,79 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 5,01 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti