...

Qazaxıstan "Qaşaqan"neft layihəsinə dair kompromis əldə olunması haqqında bəyan edir

Energetika Materials 28 İyul 2008 11:21 (UTC +04:00)

Qazaxıstan, Astana, 28 iyul/ Trend , müxbir K.Konırova/ Qazaxıstan hökuməti xarici iştirakçılarla "Qaşaqan"yatağının işlənməsinə dair kompromisin əldə olunması haqqında bəyan edir, - hökumətin mətbuat xidmətinin məlumatında bildirilir.

"Bütün məsələlər üzrə kompromisə nail olunub. İndi müvafiq sənədlərin hüquqi rəsmiləşdirilməsi prosesi gedir",- Qazaxıstanın Baş naziri Kərim Məsimov Astanada Aİ-nin Orta Asiya üzrə xüsusi nümayəndəsi Pyer Morellə görüşündə deyib.

Məsələnin həlli barədə təfsilatlı məlumat verilmir.

Görüşdə tərəflərin energetika və neft nəqli sahəsində qarşılıqlı əlaqəsi üzrə məsələ də müzakirə edilib.

Məsimov Qazaxıstanın enerji resurslarının nəqli sahəsində coxşaxəli siyasətinə sadiq qaldığını bir daha təsdiq edib və Aİ-nin neft nəqlinin Cənub istiqaməti üzrə inkişafı təşəbbüslərini dəstəklədiyini bildirib.

"Morel layihələrin irəliləməsində Qazaxıstanın, karbohidrogen xammalının ixrac axını üçün əlavə dəhlizlərin inkişafına istiqamətlənmiş rolu haqqında fikrini bildirib",- pres-relizdə deyilir.

Xəbər lenti

Xəbər lenti