...

2009 - cu ildən ABƏŞ - in aktivlərinin Azərbaycanın balansına verilməsi prosesi başlayacaq – SOCAR-ın prezidenti

Energetika Materials 25 Sentyabr 2008 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend , müxbirlər S.Əliyev, İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ, Azəri - Çıraq - Günəşli yataqlarının işlənilməsinin operatoru) aktivlərinin dövlətin balansına verilməsi 2009 - cu ildən başlayacaq, - SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev cümə axşamı bildirib.

Sıfır balansa keçid Xəzərin Azərbaycan sektorundakı Azəri - Çıraq - Günəşli yataqlarının işlənilməsi layihəsində əcnəbi sərmayədarların kapital yatırımlarının tam ödənilməsi vaxtının başlaması ilə əlaqədar olacaq.

Bu prosesə hazırlıq məqəsdilə, ARDNF, Azərbaycan Dövlət Neft Şirkəti və ABƏŞ - in nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Abdullayevin sözlərinə görə, işçi qrup 2008 - ci ilin sonunadək öz işini başa çatdıraq. Bu qurumlar hazırda aktivlərin dövlət balansına verilməsi forması və bundan sonrakı fəaliyyət sxemi üzrə müzakirələr aparırlar.

Sərmayələrin ödənilməsi prosesinin sürətlənməsinə dünya bazarlarında neftin qiymətləri təsir göstərib. Sıfır balansı tarixinin başlaması ilə əlaqədar, ilin sonunadək ABƏŞ və onun tərkibinə daxil olan tərəfdaşlardan mənfəət vergisi üzrə daxilolmaların həcmi də azalacaq. Sentyabradək bu xətt üzrə dövlət büdcəsinə 1784 mln. manat daxil olub.

Dünya neft qiymətləri konyukturası neft şirkətlərindən dövlət büdcəsinə daxilolmaların artmasına, dövlət və xarici şirkətlər arasında neftdən gələn gəlirlərin bölünməsinə təsir göstərir. Neftdən gələn gəlirlər hazırda 80 faizin 20 faizə nisbətilə bölünür. Bununla yanaşı, 2008 - ci ilin birinci yarısının yekunları üzrə (IV rübə görə avans nəzərə alınmaqla)  dövlət büdcəsinə 1296,9 mln. manat vəsait daxil olub.  Maliyyə Nazirliyinin ilin sonuna gözləmələri 1,75 - 1,8 mlrd. manat olsa da, bu proqnozlar artıq avqustun sonuna olan vəziyyətə görə yerinə yetirilib. Vergi orqanları ilin sonunadək bu xətt üzrə böyük həcmdə daxilolmaları gözləmirlər.

Sentyabrın 25 - nə olan cari mübadilə məzənnəsi -- 0,8073 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti