...

Azərbaycan özəl istilik elektrik stansiyasının tikintisinə dair KEPKO ilə imzaladığı sazişin müddətini uzadıb

Energetika Materials 8 Oktyabr 2008 02:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend müxbir İ.Xəlilova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN) ilə Koreyanın KEPKO şirkəti arasında ötən il sentyabrın 24-də imzalanmış Azərbaycanda 818 MVt gücündə birinci özəl istilik elektrik stansiyasının tikintisinə dair sazişin müddəti 2009-cu ilin iyununadək uzadılıb. Bunu İİN-in xarici sərmayələr və texniki yardımın koordinasiyası şöbəsinin rəisi Əsgər Ələkbərov çərşənbə axşamı bildirib.

Təklfilər paketi Nazirlər Kabinetinə təqdim edilsə də, müvafiq stansiyasının tikintisinin başlamasına razılıq hələ alınmayıb. Paketə doqquz saziş daxildir. Buraya tikinti, idarəetmə, maliyyələşdirmə, Azərbaycan İnvestsiya Şirkətinin (AİŞ) iştirakı, həmçinin torpağın ayrılması haqqında sazişlər daxildir.

Paketin əsas sənədi stansiyada elektrik enerjisinin istehsalı sxemini müəyyən edən sazişdir. Azərbaycan tərəfi stansiyaya təbii qazı tədarük edir və əvəzində elektrik enerjisi alır. Bununla yanaşı sərmayədar və operator elektrik enerjisinin istehsalı xidmətlərinə görə ödənişi mavi yanacaqla alır. Layihəyə əsasən, stansiyaya qazı їAzəriqazї QSC tədarük edəcək, elektrik enerjisini isə їBakı elektrikşəbəkəї ASC alacaq.

Bununla yanaşı, stansiyaya suyun, qazın verilməsi üçün infrastrukturun yaradılmasına dair öhdəlikləri dövlət öz üzərinə götürür.

KEPKO-nun təklifləri Azərbaycan tərəfindən qəbul edildiyi halda elektrik stansiyası 3 il müddətinə tikiləcək. Koreya şirkəti Bakı yaxınlığında, Ələt qəsəbəsində stansiyasının tikintisini və layihənin 25 il idarə edilməsini həyata keçirəcək.

Layihənin dəyəri 640 mln. manatdır (523 mln. avro). Layihə üzrə hazırlanan texniki-iqtisadi əsaslandırmaya əsasən, stansiya iki qaz və bir buxar turbinindən ibarət olacaq. Faydalı iş əmsalı isə 57,27 faizdir.

Stansiyada müasir qaz turbinlərindən istifadə nəticəsində 1 kVt/s elektrik enerjisinin alınması üçün 0,185 kubmetr təbii qazdan istifadə etmək nəzərdə tutulur ki, bu da 1 kubmetr qazdan 5,4 kVt/s enerji alınması deməkdir.

Müvafiq stansiyanın inşası Azərbaycan və post-sovet məkanında ilk dəfə reallaşdırıldıьından, layihənin qiymətləndirilməsi üçün IIN beynəlxalq mütəxəssisləri dəvət edib. Fransanın BNP Paribas bankı maliyyə məsləhətçisi, Allen & Overy ї hüquqi məsləhətçi, MottMacDonald ї texniki və Azərbaycanın MGB yerli hüquqi məsləhətçi kimi cəlb edilib.

Layihənin reallaşdırılması üçün dövlət büdcəsindən vəsaitin cəlb edilməsi və kreditlərə dövlət zəmanətinin təqdim edilməsi nəzərdə tutulmur. Belə ki, investor bütün xərcləri öz üzərinə götürmək niyyətindədir. Lakin, KEPKO ilə imzalanan memoranduma görə, їAzərbaycan İnvestisiya Şirkətiї SC layihədə 25 faiz iştirak payı əldə etməyə hazırdır. AIŞ-in iştirak payı $80 mln. təşkil edəcək. Ümumilikdə KEPKO layihənin dəyərinin 30 faizini (bu vəsaitin 25 faizi AIŞ tərəfindən yatırılacaq) cəlb edilmiş kreditlər hesabına maliyyələşdirmək niyyətindədir. Bu layihə üzrə bütün təşkilati sənədlər hazırlıq mərhələsindədi və hökumətin qərarından sonra imzalanacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti