Azərbaycan, Bakı, 27 oktyabr/ Trend / SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti) Rusiyanın Novorossiysk limanından realizə etdiyi REBCO növlü neft partiyasını İsveçrənin Vitol S.A. şirkəti alıb, SOCAR-ın bazar ertəsi yayılan məlumatında bildirilir. Məlumatda bildirilir ki, 600 min barel həcmində neft partiyası noyabrın 29-30-da yüklənəcək.