Azərbaycan, Bakı, 11 noyabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasının satışına dair tenderi bağlı elan edib.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, bir mln. barel həcmində neft prtiyası "Energy Group Limited" (Yeni Zelandiya) şirkəti tərəfindən dekabrın 10-15-də göndəriləcək.
Azeri Light nefti "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil edilir və Bakı-Tbilisi-Ceyhan boru kəmərilə Türkiyənin Ceyhan limanına ixrac olunur.