...

ABŞ enerji ixracı üzrə marşrutların diversifikasiya prinsipini dəstəkləyir – katib Bodman

Energetika Materials 13 Noyabr 2008 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir V.Şərifov/ Birləşmiş Ştatlar Xəzər regionunda və Bakıda keçirilən Enerji Sammitində iştirak edən ölkələrdə reallaşdırılan layihələri, enerji ixracı üzrə marşrutların diversifikasiya prinsipini dəstəkləyir.

"Bu layihələr qlobal enerji təhlükəsizliyinə yardım göstərə bilər", - deyə cümə axşamı Bakıda keçirilən mətbuat konfransında ABŞ-ın Enerji Departamentinin katibi Samuel Bodman bildirib.

Sammitdə iştirak etmək üçün Türkiyə, Gürcüstan, Polşa, Litva, Latviya, Rumıniya prezidentlərinin noyabırn 14-də Bakıya səfəri gözlənilir.

"ABŞ Xəzər regionunda hasil edilən enerji ehtiyatlarını birbaşa almır, lakin bu regionda olan ehtiyatlar ABŞ üçün olduqca mühüm olan Avropanın enerji təhlükəsizliyini təmin edir", - deyə Bodman bildirib.

İlk enerji sammiti 2006-cı ilin mayında Krakovda, ikinci ötən ilin noyabrında Litva paytaxtında, üçüncü sammit isə cari ilin mayında Kiyevdə keçirilib.

Xəbər lenti

Xəbər lenti