Azərbaycan, Bakı, 20 noyabr/ Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) Türkiyənin Ceyhan limanından Azeri Light markalı şəxsi neft partiyasjnın satışına dair növbəti tenderi elan edib. Bu barədə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin məlumatında bildirilir.
Bir mln. barel həcmində neft partiyası dekabrın 8 -9 - da göndəriləcək. Tenderin nəticələri noyabrın 22-də açıqlanacaq.