...

Azərbaycan neftinin qiyməti: 8 -12 dekabr həftəsinin yekunları

Energetika Materials 15 Dekabr 2008 19:15 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 8 -12 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir A.Bədəlova/ 8 -12 dekabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin orta qiyməti $43,33/barel. təşkil edib. Bu, ötən həftənin qiymətindən $7,66/barel azdır.

8-12 dekabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $45,99/barel, minimal qiyməti isə $41,37/barel təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

8 -12 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $38,47/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən $8,57/barel azdır.

8 -12 dekabr həftəsində URALS neftinin maksimal qiyməti $41,15/barel, minimal qiymət isə $36,54/barel təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3% - dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

8 -12 dekabr həftəsində Brent Dated neftinin orta qiyməti $41,19/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən $8,17/barel azdır.

Ötən həftə Brent neftinin maksimal qiyməti $43,78/barel, minimal qiymət isə $39,25/barel təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti