...

Neftin qiymətinin azalmasından Azərbaycanın 2009-cu il dövlət büdcəsini risk gözləmir  - BVF

Energetika Materials 17 Dekabr 2008 18:57 (UTC +04:00)
Neftin qiymətinin azalmasından Azərbaycanın 2009-cu il dövlət büdcəsini risk gözləmir  - BVF

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Qısamüddətli perspektivdə Azərbaycanın 2009-cu ilin dövlət büdcəsi üçün dünya bazarlarında neftin qiymətinin azalmasından risk yoxdur, - Beynəlxalq Valyuta Fondu missiyasının rəhbəri, BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin (MCD) direktor müavini Valeriya Fikera çərşənbə günü Bakıda bildirib. Gələn ilin dövlət büdcəsinin proqnozları neftin qiyməti 70 dollar olmaqla formalaşdırılıb, dünya bazarlarında isə qiymətlər 45 dollaradək düşüb.

"Dövlət büdcəsi, əsasən, Azərbaycan Dövlət Neft Fondundan transfertlər hesabına maliyyələşdirilib və büdcə üçün əhəmiyyətli riks təhdidi yoxdur- Fikera qeyd edib. - Onların həcmi isə, neftin qiymətinin tərəddüdündən asılı olmayaraq, manatla təsbit edilib".

Onun sözlərinə görə, büdcənin neftin qiymət dəyişməsinin təsirinə birbaşa məruz qalan hissəsi kiçikdir.

"Qiymətlər iki-üç il ərzində 30 - 40 dollar səviyyəsində qalarsa, uzunmüddətli perspektivdə ölkənin büdcəsi üçün risk olacaq. O zaman büdcə proqnozlarına düzəlişlər etmək zərurəti ortaya çıxacaq. Neftin qiyməti 40 dollaradək olarsa, Azərbaycanın ümumi büdcə-fiskal vəziyyəti müsbət olacaq", - missiyanın rəhbəri deyib.

Neftin qiyməti 40 dollardan yuxarı olarsa, Neft Fondu əlavə ehtiyatlar toplamağı davam etdirəcək. 2009-cu ilin əvvəlinə ARDNF-də 10 mlrd. dollardan çox vəsait toplanacaq, Fonddan dövlət büdcəsinə transfertlər isə, yalnız 4 mlrd. dollar səviyyəsində planlaşdırılıb.

Onun rəyinə görə, mövcud qiymətlər şəraitində birləşmiş büdcənin kəsiri gözlənilmir və Neft Fondunun vəsaitləri dövlət xərclərinin maliyyələşdirilməsi üçün kifayətdir.

Azərbaycan Milli Bankı və Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə, dövlət büdcəsi gəlirlərinin 75 faizi neftin qiymətinin tərəddüdündən müdafiə olunub. Büdcə gəlirlərinin qalan 25 faizinə neftin qiyməti təsir göstərsə də, ölkənin 18 mlrd. dolları ötən strateji ehtiyatları, dövlət büdcəsində əlavə ehtiyatlar manevr etmək və dünya bazarlarında qiymət tərəddüdlərinə adekvat tədbirlərin qəbul edilməsi ilə, asılılığı azaltmağa imkan verir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti