...

Azəbaycanın şimal-qərbində partlayış səbəbindən qaz verilişi dayandırılıb

Energetika Materials 20 Dekabr 2008 12:38 (UTC +04:00)
Azəbaycanın şimal-qərbində partlayış səbəbindən qaz verilişi dayandırılıb

Azərbaycan, Zaqatala, 20 dekabr/ Trend , müxbir S.Fətəliyev/ Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonunun (Bakıdan 450 kilometr məsafədə) mavi yanacaqla təchizatı dayandırılıb.

Rayona qaz verilməsinin dayandırılmasına səbəb şənbə günü səhər saat 09:00 radələrində Qaz İstismar İdarəsinin tənzimləyici qurğusunda baş vermiş partlayış olub.

Hadisədə xəsarət alan olmayıb. Məlumata görə, partlayışın səbəbi hələlik məlum deyil və bu istiqamətdə araşdırma aparılır.

Qəzanın nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Təmir işlərinin nə zaman yekunlaşacağı bilinmir

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti