Azərbaycan, Bakı, 07 yanvar/ Trend , müxbir E. İsmayılov/ "Azəriqaz" QSC- nin əməkdaşları vaxtaşırı abonentlərin qaz cihazlarını yoxlayır, - cərşənbə günü "Azəriqaz" SC - nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazov bildirib.
Çərşənbə günü ölkənin Baş Prokurorluğu son vaxtlar respublikada baş vermiş qaz partlayışı hallarının qarşısını almaq üçün təcili tədbirlər görülməsinə dair "Azəriqaz" QSC-yə təqdimat göndər məsi barədə məlumat yayıb.
Eyvazovun sözlərinə görə, SC-in əməkdaşları vaxtaşırı abonentlərin qaz cihazlarını və tütkəşlərini yoxlayırlar.
Baş Prokurorluğun təqdimatında qaz təchizatı və istifadəsi sahəsində hüquq pozuntularının, onları yaradan səbəblərin qarşısını almaq məqsədilə təcili kompleks tədbirlərinin görülməsi, baş vermiş hadisələrə görə qaz təchizatı sahəsində dövlət nəzarətini həyata keçirən təşkilatların əməkdaşlarının məsuliyyətilə bağlı xidməti yoxlamaların keçirilməsi zərurəti qeyd olunur.
Baş Prokurorluq təhlükəsizlik qaydalarını pozan istehlakçılar barəsində tədbirlərin görülməsini, qazdan təhlükəsiz istifadə sahəsində əhalinin KİV vasitəsilə maarifləndirilməsini və digər profilaktik tədbirlərin kecirilməsini vacib sayır.
Məqalə müəllifi
ilə əlaqə ünvanı:[email protected]
в