...

Estoniya, digər ölkələrlə yanaşı Azərbaycanın Avropanın enerji tələbatında vacib rolunu qəbul edir - prezident Toomas Hendrik İlves

Energetika Materials 14 Yanvar 2009 00:33 (UTC +04:00)
Estoniya, digər ölkələrlə yanaşı Azərbaycanın Avropanın enerji tələbatında vacib rolunu qəbul edir - prezident Toomas Hendrik İlves

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir V.Şərifov / "Son ay ərzində baş vermiş hadisələr bir daha göstərdi ki, Avropanın müxtəlif enerji təchizatı mənbələrinə malik olması nə dərəcədə zəruridir. Ona görə də Avropa enerji mənbələri sahəsində özünün rəqabətcil siyasətini aparmalıdır", şənbə günün Bakıda rəsmi səfərdə olan Estoniya prezidenti Toomas Hendrik İlves Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. AzərTAc dovlət agentliyi məlumat yayıb.

"Estoniya Avropanın enerji təchizatının şaxələndirilməsinin zəruriliyinə qəti şəkildə inanır. Bu məsələdə isə ölkəmiz Azərbaycanı vacib iştirakçılardan biri kimi hesab edir. Bu baxımdan, istərdik ki, Azərbaycan ilə Avropa arasında daha sıx əməkdaşlıq olsun. Bilirəm ki, Azərbaycan buna hazırdır", Estoniyanın prezidenti deyib.

Onun sözlərinə görə, Estoniya digər ölkələrlə yanaşı Azərbaycanın Avropanın enerji tələbatında vacib rolunu qəbul edir.Prezident Toomas Hendrik İlves deyib ki, özəl sektorumuz Azərbaycana gəlməkdə, sizin müəssisələrinizlə işləməkdə, buraya yeni ideyaları gətirməkdə çox maraqlıdır.

"Eyni zamanda, istəyirik ki, sizin özəl sektorunuz Estoniyaya gəlsin və layihələrdə iştirak etsin", Estoniyanın prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti