...

Qazaxıstanda faydalı qazıntıların hasilatına vergini azaltmaq lazımdır - nazir

Energetika Materials 21 Yanvar 2009 21:34 (UTC +04:00)

Qazaxıstan, Astana, 21 yanvar/ Trend müxbir K.Konırova/ Bu gün dünyada neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar neft şirkətləri üçün faydalı qazıntıların hasilatı vergisini (FQHV) azaldılmasına zərurət var, - Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Sauat Mınbayev çərşənbə günü idarənin hökumət başçısının sədrliyi ilə keçən kollegiyada bildirib.

"Neftçilər üçün FQHV-nin azaldılması barədə qərar qəbul etmək lazımdır", - bu gün Energetika Nazirliyinin kollegiyasında çıxışı edən və ölkənin Baş naziri Kərim Məsimova müraciət edən nazir vurğulayıb.

Mınbayevin rəyinə görə, yeni Vergi Məcəlləsi tərtib olunarkən, neftin qiyməti 1 barelə görə 60 dollar və yuxarıdan götürülürdü.

"İndi - neftin qiyməti 40 dollardan aşağı olan vaxtda aydın olur ki, FQHV dərəcəsinə azaltma istiqamətində düzəlişlər etmək lazımdır", - Mınbayev bildirib. Onun sözlərinə görə, hazırda neft sektorunu dəstəkləməyə zərurət yaranıb.

Qazaxıstanın yanvarın 1-də qüvvəyə minmiş yeni Vergi Məcəlləsində faydalı qazıntıların hasilatına neftin dünya qiymətlərinə bağlı olan vergi tətbiq olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti