...

Ukrayna prezidenti qaz məsələsinin uzun müddət  siyasi   çalar daşıyacağı qənaətindədir

Energetika Materials 28 Yanvar 2009 18:09 (UTC +04:00)

Ukrayna, Kiyev, 28 yanvar / Trend , müxbir Z.Novsvitski /

Ukrayna prezidenti Viktor Yuşşenko, qaz məsələsinin Ukrayna üçün hələ uzun müddət xüsusi əlamətdar siyasi çalar daşıyacağını proqnozlaşdırır.

"İldən-ilə enerji təminatı, enerji təhlükəsizliyinin mənası ətrafında qarşıdurmalar və siyasi  müzakirələr artacaq", - Yuşşenko, Ukraynanın elm və texnika sahəsində Dövlət mükafatı və gənc alimlər üçün illik prezident mükafatının təqdim olunması mərasimində deyib.

Dövlət başçısı qeyd edib ki, ölkənin enerji təhlükəsizliyi onun müstəqilliyinə bərabərdir. Yuşşenko növbəti dəfə Rusiya və Ukrayna hökümətləri arasında təbii qazın tədarükü və tranziti məsələsində əldə etdiyi razılığı tənqid edib.

Yanvarın 19 - da Moskvada "Naftoqaz Ukrayna" və "Qazprom" arasında "qaz müqavilələri" imzalanıb. Onların içərisində 2009-2019-cu illər ərzində qaz alqı - satqısı haqda müqavilə də var. Ukrayna 2009-cu ilin birinci rübü üçün min kubmetri 450 dollara  olan qaza görə orta Avropa qiymətindən 20 faiz güzəşt əldə edib. Öz növbəsində, Ukrayna tərəfi, 2008-ci ildə olduğu kimi, bu il də tranzit üçün təyin olunan 100 km üçün min kubmetrə 1,7 dollar qiyməti qüvvədə saxlayır. Qiymət hər rübdə formula üzrə dəyişdiriləcək. 2009-cu ildə Ukraynaya qaz tədarükü 40 milyard kubmetr təşkil edəcək. 2010-cu il yanvarın 1-dən "Qazprom" Ukraynaya qazı güzəştsiz, bazar qiymətinə satacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti