...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2009-cu ilin əvvəlində neft hasilatını azaldıb

Energetika Materials 19 Fevral 2009 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend / Yanvarda Azərbaycanda təqribən 3,63 mln. ton neft və kondensat hasil edilib ki, bu da 2008-ci ilin analoji dövrü ərzində qeydə alınan neft və kondensat hasilatı göstəricisindən səkkiz faiz azdır. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ay neft hasilatının əsas həcmi Azərbaycan Beynəlxadq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşüb. Şirkət "Azəri-Çıraq-Günəşli" yataqları blokundan 2,9 mln. ton neft və qaz kondensatı hasil edib ki, bu da 2008-ci ilin analoji dövr göstəricisindən 9,4 faiz azdır.

Azərbaycanda cari ilin yanvar ayında qaz hasilatı 1,9 mlrd kubmetr təşkil edib ki, bu da 2008-ci ilin analoji dövr göstərisi ilə müqayisədə 4,7 faiz azdır. Bu həcmin 979,2 mln. kubmetri ABƏŞ-in payına düşüb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 30,5 faiz azdır.

2009-cu ildə Azərbaycanda 2 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da 2008-ci ilin analoji dövr göstəricisinə nisbətdə 8,6 faiz azdır.

Xəbər lenti

Xəbər lenti